Baydenin Azərbaycana hərbi yardım izni nə deməkdir? (ŞƏRH)

"ABŞ Azərbaycana yardım etməklə dolayısı ilə Rusiayanın gələcək preskpetivdə Cənubi Qafqazdan, eyni zamanda Azərbaycandan, yəni Qarabağdan çıxarılmasında maraqlı olduğunu və bu konteksdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu ortaya qoyur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politolioq Natiq Miri ABŞ Prezidenti Co Baydenin Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verməsini şərh edərkən deyib. Onun fikrincə, bu yardım 907–ci düzəlişin müvəqqəti dayandırılması prosesinin uzadılması ilə bağlıdır:

"Bir müddət öncə ABŞ dövlət katibi ilə Azərbaycan prezidenti arasında telefon danışığı olub. Söhbət zamanı 907-ci düzəlişin dayandırılmasının növbəti ildə uzadılması xüsusi vurğulanıb. Bu, Azərbaycana jestdir. Əslində isə bu, Azərbaycana əməkdaşlıq təklifidir. ABŞ dövlət katibi Cənubi Qafqazın ən strateji ölkəsi olan Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olduğunu dolayısı ilə qeyd edib. Düşünürəm ki, yardımlar bu çərçivədə mümkün olub. Çünki əgər 907-ci düzəlişin dayandırılması məsələsi uzadılmasaydı, qanunvericiliyə görə, Azərbaycana bu cür yardım oluna bilməzdi. Məsələnin ikinci tərəfi var ki, əslində belə bir yardımın olunması ABŞ-ın Azərbaycana qarşı ermənilərin istədiyi kimi bir düşmənçilik siyasətinin olmayacağını açıqca ortaya qoyur. Artıq ABŞ-da erməni diasporu bu hadisədən çox ciddi şəkildə öz narahatlığını bildirib. Bu da onu göstərir ki, Azərbaycanın gələcək prespektivdə hər hansı bir siyasətində ABŞ birmənalı olaraq Azərbaycanın qarşısında durmayacaq. Baxmayaraq ki, hərbi yardımların olunması məsələsində xüsusi olaraq qeyd olunub: bu yardımlar Ermənistana qarşı istifadə olunmayacaq. Düşünürəm ki, bunlar şablon sözlərdir. Azərbaycanın bu yardımları Ermənistan əleyhinə, yaxud da Qarabağda olan erməni terrorçularına qarşı istifadəsinə ehtiyac belə yoxdur”.
 
 

Politoloq Azərbaycanın hərbi təchizatının çox yüksək olduğunu bildirib:

"Düşünürəm ki, bu proses ən müasir silahlarla təchizatla davam edir. Belə olan təqdirdə Azərbaycanın müxtəlif ölkələrdən, o cümlədən İsraildən və qardaş Türkiyədən çox önəmli silahlar almaq imkanı mövcuddur. Bu proses getdikcə daha da inkişaf edəcək. Belə olan təqdirdə Azərbaycanın ABŞ-dan aldığı hər hansı bir hərbi yardımı Ermənistan əleyhinə istifadə etməsinə belə ehtiyac yoxdur”.

Natiq Miri qeyd edib ki, bu, hər bir halda ABŞ prezidenti və dövlətinin Azərbaycana qarşı müsbət yöndə jestidir:

"Bu qərar dolayısı ilə ABŞ-ın Cənubi Qafqazda, xüsusi ilə də Azərbaycanda geostrateji və geosiyasi maraqlarını ortaya qoyur. ABŞ artıq öz rəqiblərini müəyyən edib. Bu rəqiblərin başında dünyada iqtisadiyyatı ilə daha da böyüyən Çin və hərbi aqressor olan Rusiya durur. Bu konketsdə Rusiyanın Cənubi Qafqazda, xüsusi ilə də Azərbaycanda, Qarabağda hərbi varlığı əlbəttə ki, ABŞ-ı narahat edir. Ona görə də Azərbaycana 907-ci düzəlişin dayandırılmasının uzadılması konteksində hərbi yardmının olunması hadisəsinə bir də bu konteksdə baxılmalıdır”.
 
 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.

Bildirişdə ABŞ dövlət katibi Entoni Blinken ediləcək hərbi yardımın Dağlıq Qarabağın nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini vurğulayıb.

Bahar Rüstəmli


Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar