Qida Təhlükəsizlik Agentliyini və QMİ rəsmisindən iftarla bağlı ÇAĞIRIŞ

Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edib. Ramazan ayında bəyənilən əməllərdən olan iftar süfrəsi açmaq karantin qaydalarına uyğun deyil. Çünki kafe və restoranlarda, mənzillərdə kütləvi iftar süfrəsinin açılması yoluxmanın artmasına səbəb ola bilər.


Məsələ ilə bağlı Modern.az-a Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat xidməti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli münasibət bildirib.


Hacı Şahin Həsənlinin sözlərinə görə, yoluxma sayında artım olmaması üçün insanlar kütləvi iftar mərasimlərindən çəkinməlidir:


“Düzünü desəm, 20 gün ərzində kütləvi iftar məclisi ilə rastlaşmamışam. Bəzən biz də iftar süfrəsinə dəvət olunuruq, amma az adamla açıq havada iftar etmişik. Ona görə də yoluxma Ramazan ayının əvvəlinə nisbətdə azalıb.

Biz Ramazan ayından öncə də insanlara müraciət etmişdik ki, kütləvi şəkildə iftar mərasimləri olmasın. Müşahidələr onu göstərir ki, insanların əksəriyyəti bu qaydaya əməl edir.

Hər bir halda yenə də müraciət etmək istəyirəm ki, bu Ramazan ayı pandemiya şəraitində olduğu üçün kütləvi mərasimlərdən çəkinsək yaxşıdır. Ümid edirəm ki, pandemiya şəraitində qeyd etdiyimiz son Ramazandır. Bu il ehtiyatlı olmalıyıq ki, yoluxma sayında artım olmasın”.


AQTA-nın İctimaiyyətlə əlaqələr və innovativ həllər şöbəsinin
Modern.az-a verdiyi məlumata görə, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır:  


“Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının və sağlamlığının qorunması məqsədilə AQTA tərəfindən respublika üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı vəziyyət yerində öyrənilir, həmçinin mövcud  qaydaların tələblərinə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı inzibati tədbirlər həyata keçirilir.


Qeyd edək ki, Nazirlər Kabinetinin 237 saylı Qərarına edilmiş dəyişikliklərə əsasən,  pandemiya dövründə ictimai iaşə müəssisələri öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.


Xüsusilə qeyd etmək lazımdır ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır və ictimai iaşə müəssisələri müştəri qəbulunu həmin sıxlıq normalarına uyğun həyata keçirməlidirlər. Bu Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər 200 (iki yüz) manatdan 400 (dörd yüz) manatadək, vəzifəli şəxslər 3000 (üç min) manatdan 4000 (dörd min) manatadək cərimə edilir.


AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır”.



Fidan İlqarqızı

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
40
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar