49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin müsahibəsi: -Nəsimi müəllim, xoş gördük. Əvvəla, Sizi tanıyardıq. Nəsimi Paşayev kimdir? – Mən – Paşayev...

Haqqımda
Paşayev Nəsimi Məzahir oğlu 1975-ci ildə Yevlax rayonunun Xaldan kəndində anadan olub. 1981-ci ildə Yevlax rayonu, Xaldan kənd kompleks tam orta məktəbində birinci sinifə başlayıb. Orta təhsilini 1992-ci ildə bu məktəbdə başa vurub. Elə həmin il Azərbaycanda ilk dəfə test üsulu ilə keçirilən imtahanlardan uğur qazanaraq Türkiyə Respublikası, Ankara Universitetinə daxil olub. Ankara Universitetinin Jurnalistika fakültəsini Radio-Televiziya və Kino ixtisası üzrə bitirərək vətənə qayıdıb.
Müraciət
Hörmətli seçicilər, gözəl yurdumun dəyərli insanları!
Mən Paşayev Nəsimi Məzahir oğlu 49 saylı Yevlax – Mingəçevir seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə sizin namizədinizəm. Niyə məhz bu dairə və niyə sizin namizədiniz? Çünki mən 1975-ci ildə bu eldə, bu obada – Yevlax rayonunun Xaldan kəndində anadan olmuşam. Orta təhsilimi Xaldan kənd kompleks tam orta məktəbində almışam. 1992-ci ildə bu məşhur məktəbin məzunu olaraq Türkiyəyə oxumağa getmişəm. Daimi iş yerim Bakı şəhəri olsa da hər zaman kəndimlə, elimlə, obamla əlaqədə olmuşam. Çünki ata yurdum buradadır. Qohum-əqrabam buradadır, dostlarım bu eldə yaşayır. Yəni, mən sizlərdən biriyəm. Ona görə də sizlərə səslənirəm – Bu dəfə millət vəkilimiz bizlərdən biri olsun, sizlərdən biri olsun!