Yanvarın 17-dən etibarən 9 fevral 2020-ci il tarixinə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. Artıq bütün dairələr üzrə qeydə alınmış namizədlərin ilkin siyahısı bəlli olub. Bu seçki marafonuna qoşulanlar arasında 49 saylı Yevlax-Mingəçevir dairəsindən namizədliyini irəli sürən Nəsimi Paşayev də var. Həmin dairədən seçkilərdə iştirak etmək üçün 12 nəfər müraciət edib, lakin 4 namizəd sonradan seçkilərdə iştirak etməkdən imtina edib. Hal-hazırda seçki marafonunda 8 nəfər mübarizə aparır. Qeyd edək ki, onların içərisində ən real namizəd Yevlax rayonunun Xaldan kəndində anadan olmuş və orta təhsilini burada başa vurmuş Nəsimi Paşayev hesab olunur.