Seçicilərdən isti münasibət

Seçicilərdən isti münasibət

49 saylı Yevlax – Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin seçicilərlə görüşləri davam edir. Günün ilk görüşü Yevlax rayonu Hürüuşağı kəndində baş tutub. Daha sonra rayonun Ərəş kəndi və Meyvəçilik sovxozunda kənd sakinlərilə görüşən namizəd onların problemlərilə maraqlanıb.

Nəsimi Paşayev ölkədə aparılan islahatlar, bunun fonunda parlamentin buraxılması haqqında seçicilərlə müzakirələr aparıb. Millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışan namizəd sakinlərin isti münasibətinə görə onlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, hər 3 görüşdə seçicilər Nəsimi Paşayevi özlərindən biri olaraq gördüklərini və ona səs verəcəklərini bildiriblər.