“Bu dəfə özümüzdən biri olsun” sloqanı ilə növbədənkənar parlament seçkilərinə qatılan Nəsimi Paşayev bu gün Yevlax rayonunun Bəydilli və Əkşəm kəndlərində seçicilərlə görüşüb. Kənd sakinlərinin problemlərini dinləyən namizəd onlarla seçki proseslərini müzakirə edib.
Bütün seçicilərdən 9 fevral 2020-ci il tarixində seçkilərə getməyi xahiş edən Nəsimi Paşayev onlardan konstitusyon hüquqlarından istifadə etmələrini və istədikləri namizədə səs vermələrini istəyib. Hə iki kəndin sakinləri seçkilərdə indiyə qədər görünməmiş aktivlik göstərəcəklərini və Nəsimi Paşayevə səs verəcəklərini bildiriblər.
Nəsimi Paşayev onlara verdiklərə dəstəyə görə təşəkkür edib və bütün problemləri birgə həll edəcəklərini söyləyib.