Coşqu ilə qarşılanan namizəd

Coşqu ilə qarşılanan namizəd

49 saylı Yevlax – Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayev getdiyi hər kənddə coşqu ilə qarşılanır. 23 yanvarda Yevlax rayonunun Havarlı və Yuxarı Bucaq kəndlərində olan Nəsimi Paşayev seçicilərin isti münasibətindən razı qalıb. İnsanların problemlərini dinləməklə yanaşı qeyd olunan məsələlərin həlli yollarını da müzakirə ediblər.

24 yanvarda Salamabad, Xaldan və Yenicə kəndində görüşlər keçirən Nəsimi Paşayev hər 3 kənddə də eyni münasibəti görüb. Doğma kəndində namizədi qadınlı-kişili böyük insan kütləsi qarşılayıb. Çox səmimi şəraitdə keçən görüşdə həmyerliləri Nəsimi Paşayevi əmin edib ki, bu seçkilərin qalibi odur. Bütün görüşlərdə seçicilər 9 fevral 2020-ci ildə keçiriləcək seçkilərdə aktiv iştirak edəcəklərini və səslərini Nəsimi Paşayevə verəcəklərini bildiriblər.