Mingəçevirlilər də “Bu dəfə özümüzdən biri olsun” dedi

Mingəçevirlilər də “Bu dəfə özümüzdən biri olsun” dedi

9 fevral 2020-ci ildə parlamentə keçiriləcək növbədənkənar seçkilərə sayılı günlər qalıb. 49 saylı Yevlax – Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin təbliğat – təşvikat kampaniyası davam edir.

Yevlax rayonunun kəndləri və Mingəçevir şəhərində seçicilərlə görüşlər keçirən Nəsimi Paşayev böyük coşqu ilə qarşılanır. 25 yanvar 2020-ci il tarixində Yevlax rayonunun Salahlı, Balçı kəndlərində və Aran qəsəbəsində seçicilərlə görüşlər keçirilib. Sakinlər bu dəfəki seçkilərə böyük ümid bəslədiklərini qeyd ediblər.

26 yanvarda Mingəçevir şəhərinin ayrı-ayrı səmtlərində seçicilərlə görüşən Nəsimi Paşayev hər kəsi 9 fevralda səs verməyə dəvət edib. Mingəçevir seçiciləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən sitatlar gətirərək xalqla iç-içə olan, gənc, dinamik, yenilikci xalqla işləməyi bacaran namizədə səs verəcəklərini bildirdilər.

Xüsusilə Nəsimi Paşayevin “Bu dəfə özümüzdən biri olsun” sloqanını çox bəyəndiklərini və özlərindən biri olan namizədə – Nəsimi Paşayevə səs verəcəklərini vurğulayıblar.

Öz növbəsində Nəsimi Paşayev bütün seçicilərinə hər zaman onların yanında olacağına, sadəcə seçkidən-seçkiyə gəlməyəcəyinə və bütün problemləri birgə həll edəcəklərinə söz verib.