"Ermənistanı yerində oturtmaq üçün Ərdoğandan kəskin mövqe  gözləyirəm"

Həm də Zəngəzur məsələsində düşmən dövləti açıq dəstəkləyən İranı, sürüşkən siyasət sərgiləyən Rusiyanı və hətta Gürcüstanı da açıq dillə uyarmaq vaxtı çatıb...
 
Tanınmış politoloq, ermənişünas alim Qafar çaxmaqlı Türkiyə prezidenti Ərdoğanın Azərbaycana gözlənilən səfərini və bizim umacaqlarımızı, gözləntilərimizi Moderator.az-a şərh edib:
 
"Türkiyə prezidenti sayın Ərdoğanın Azərbaycana gözlənilən səfəri hər şeydən əvvəl bütün dünyaya mesajdır. Çünki son zamanlar  Azərbaycana qarşı bəzi ölkələrin aqressiv münasibəti görünməkdədir. Məncə bu səfərlə Azərbaycan cəmiyyətini narahat edən bir sıra məsələlərə aydınlıq gətiriləcək. Bu suallar hər zaman bəhs etdiyimiz və Türkiyənin diplomatik cəbhədə daha aktiv rol almasını istədiyimiz suallardır. Onların bəziləri daha prinsipial məsələlərdir ki, onlar Türkiyənin dəstəyi olmadan həll edilə bilməz. Baxın, 44 günlük qələbəmizdən 7 ay keçir, amma hələ də Dağlıq Qarabağda Azərbaycan tam suverenliyini bərpa edə bilməyib. Buna mane olan nələrdir? Bu səfər zamanı iki qardaş ölkənin aydın siyasi xəttinin müəyyənləşəcəyinə ümid edirəm. Hər şeydən əvvəl açıq deməliyik ki, Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində hansısa  "beynəlxalq  fəaliyyətin" işarələrini görürük, bəzi ermənipərəst ölkələr buraya burunlarını soxmağa çalışırlar. Müxtəlif bəhanələrlə işin içinə daxil olub bizi hədəflərimizdən uzaqlaşdırmağa çalışırlar. Qarabağın Rusiyanın  köçürüb gətirdiyi  ermənilər üçün heç bir ayrıcalıq verilməyəcəyi açıq dildə səsləndirilsə də basqılar olacağı istisna olunmur. Bizə yenə Minsk qrupu donunda beynəlxalq hücumun olacağını gözləməliyik.  Amerika sərhədlərin müəyyənləşməsində  öz texniki təklifini verməklə bölgəyə girmə nöqtəsinə gəlmişdir. Rusiya zatən buradadır və yaxın vaxtlarda  regionda böyük güclərin mövqe əldə etmə davasının şahidi olacağıq. Azərbaycana basqıları azaltmaq istiqamətində Ərdoğanın səfəri çox önəmlidir. Ərdöğanın səfərinin bir önəmi də  Zəngəzur dəhlizi ilə bağlı hələ də mübahisələrə səbəb olan gəlişmələrə yeni bir impuls verməkdir. 10 noyabr razılaşmasından qaçmağa çalışan Ermənistanı yerində oturtmaq üçün Ərdoğandan kəskin bir mövqe  gözləyirəm. Bu dəhliz açılmalıdır. Ermənilərin bundan manipulyasiya aləti kimi istifadə etməsinə son verilməlidir. Həm də Zəngəzur məsələsində düşmən dövləti açıq dəstəkləyən İranı, sürüşkən siyasət sərgiləyən Rusiyanı və hətta Gürcüstanı da  açıq dillə uyarmaq vaxtı çatıb. Ərdoğanın səfəri Türkiyənin  Azərbaycanın yanında olacağının gövdə göstərisi, güc nümayişi olacaqdır. Şuşaya səfər əslində rəmzi xarakter daşıyır. Və  Şuşanın, bu zəfərin Türkiyə üçün də nə qədər əhəmiyyətli olduğunu bir daha ortaya qoyacaq".
0
229
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar