İqtisadi

İqtisadi

Respublikada qeyri-neft sektorunun davamlı inkişafı dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətidir. Buna görə də ölkəmizdə, xüsusilə də regionlarımızda davamlı olaraq iqtisadi islahatların aparılması önəmlidir. Həm Yevlax, həm də Mingəçevirin iqtisadi inkişaf baxımından Azərbaycanın ən sürətli inkişaf edən rayonlarından biri olduğunu nəzərə alaraq məqsədimiz bu islahatları daha da artırmaq, Yevlax və Mingəçevirə yeni, effektiv investisiyaları cəlb etməkdir. Beləcə, həm sahibkarlara yeni iş imkanları üçün dəstək olacaq, həm də rayonlarımızda yeni iş yerlərinin açılmasını təmin edəcəyik.